Goranboyda qisas: 38 yaşlı şəxs atasını öldürən ata-balanı vurdu

img

18-05-2021 [23:16]


Goranboy rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Məlumata görə, rayonun Quşçular kəndində Müzəffər Salmanovu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov "VAZ-2106" markalı avtomobillə atasını vuran şəxsi, Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.

Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA