“Pedaqoji Şura məktəbin iş sistemində” kitabı nəşr olunub - FOTOLAR
18-05-2021 [20:41]
Təqdirəlayiq haldır ki, son illər məktəb rəhbərlərinə, müəllimlərə kömək və dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir, müsabiqələr, təlimlər, seminarlar, vebinarlar, təşkil olunur, beynəlxalq təcrübəni əks etdirən müxtəlif tematik kitablar tərcümə olunaraq pedaqoji ictimaiyyətin ixtiyarına verilir.
Belə kitablardan biri də “Zəka Print Yayımları” tərəfindən tərcümə edilərək, nəşr olunan, məktəb rəhbərləri üçün dəyərli mənbə, stolüstü kitaba çevrilə biləcək “Pedaqoji Şura məktəbin iş sistemində” vəsaitidir.
Məlumdur ki, Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməyə əsasən Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.
Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.
Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir və onun müvafiq əmrləri ilə rəsmiləşdirilir.
Ümumi təhsil məktəblərinin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın işinin təşkili və sənədləşdirilməsi ilə bağlı ölkəmizdə kifayət qədər lazımi vəsaitin olmaması, bir çox hallarda bu istiqamətdə, xüsusilə yeni fəaliyyətə başlayan məktəb rəhbərləri üçün müəyyən əlavə çətinliklər yaradır. Bu ehtiyacı nəzərə alaraq “Təhsil və İdarəedici “ layihəsi çərçivəsində 2-ci kitab olaraq Rusiya Fede-rasiyasında çap olunmuş, Yelena Voroninanın “ Pedaqoji Şura məktəbin iş sistemində” vəsaitinin tərcümə edilərək nəşr olunması təhsil müəssisəsi rəhbərləri üçün son dərəcə faydalı ola bilər.
Kitabda Pedaqoji Şuranın hazırlanması, keçirilməsi və sənədləşdirilməsi ilə bağlı təcrübələr və real təhlilər öz əksini tapmışdır. Kitabın məktəb direktorları, pedaqoji istiqamətdə təhsil alan tələbələr, elmi-pedaqoji sahədə təhsil alan magist və doktorantlar üçün, eləcə də məktəbşünaslığı daha ətraflı öyrənmək istəyən müəllimlər üçün maraqlı və lazımlı bir vəsait olacağına ümid edir, bundan sonra da ümumi təhsil müəssənin idarə edilməsi ilə bağlı yeni-yeni vəsaitlər hazırlanacağına əminlik bildirirəm.
Nadir İsrafilov,
təhsil üzrə ekspert
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)