Futbolçunun atası idman mərkəzinə hücum edib

img

18-05-2021 [17:37]


İtaliya "Sassuolo"sunun futbolçusu Canluka Skamakkanın atası "Roma" klubunun idman mərkəzinə hücum edib.

 "Football Italia" nəşri xəbər verir ki, o, dayanacağa gedib və klub üzvlərinin maşınlarına zərbələr endirməyə başlayıb.

Paytaxt təmsilçisinin baş direktoru Tyaqu Pintonun, direktor Morqan De Sanktisin, İtaliya millisinin baş məşqçisinin köməkçisi Attilio Lombardonun əmlakına ciddi ziyan dəyib.

"Roma" klubunun akademiyasının gənc futbolçuları hadisə yerindən uzaqlaşdırılıb.

Polis Skamakkanı saxlayıb. Onun belə hərəkətə hansı səbəbdən yol verdiyi bəlli deyil.

Qeyd edək ki, Canluka Skamakka "Roma"nın yetirməsidir. O, hazırda icarə əsasında "Cenoa"da çıxış edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR