İbrahim İbrahimlinin səhhətinə ciddi problem yaranıb: "Beynində şiş əmələ gəlib"

img

18-05-2021 [16:18]


Keçmiş müsavatçı İbrahim İbrahimlinin səhhətinə ciddi problem yaranıb.

Mia.az xəbər verir ki, bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim sosial şəbəkədə məlumat verib.

O bildirib ki, az əvvəl İbrahim İbrahimli ilə danışıb: "MRT olunub, diaqnozdan məlum olub ki, beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranının pozulub. Bu, həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirib.

Allah xalqın qeyrətli oğlu, bu millətin azadlığı yolunda çox əziyyət çəkmiş, həbslərə düşmüş, işgəncələr görmüş, İstiqlalçı deputat İbrahim bəyə şəfa versin".

Xatırladaq ki, sabiq deputat İbrahim İbrahimli uzun illər Müsavat Partiyasının üzvü olub. O, 2015-ci ildə Müsavatdan istefa verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA