İsrailin Azərbaycandakı səfiri: "İsraillilər və fələstinlilər birgə dinc yaşamağa layiqdirlər"
18-05-2021 [16:02]
“İstər israilli olsun, istər fələstinli, fərq etmir, hər bir insanın ölümünə dərindən kədərlənirik. “Həmas”ın İsraildə on qurbanı var, aralarında yəhudilər və ərəblər var. Son bir həftədir İsraildə milyonlarla uşaq, qadın, kişi sığınacaqlarda daldalanır, ətrafa isə “Həmas”ın minlərlə raketi düşür. Bu raketlərin bir çoxu Qəzzaya düşərək fələstinli uşaqları öldürüb”.
Bu sözləri İsrail – Fələstin münaqişəsinin yenidən kəskinləşməsini İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek) bildirib.
Diplomatın dediyinə görə, “Həmas” hərəkatı Qəzzada oyun meydançaları, doğum evləri və məscidlər altından terrorçular üçün tunellər tikdirərək raketlərini məktəblərdə və yaşayış binalarında gizlədirlər. Bütün bunların məqsədi İsrailin məcburi cavab tədbirləri zamanı mülki fələstinli əhali arasında mümkün qədər çox tələfata səbəb olmaqdır.
“İsrail həmişə öz raketlərindən uşaqları qorumaq üçün istifadə etdiyi halda, “Həmas” uşaqları raketlərinə sipər edir. İsrail yaylım hücumlara cavab olaraq “Həmas” terrorçularına qarşı nöqtəli zərbələr endirir. Biz mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün misilsiz səylər göstəririk. Başqa heç bir ölkənin etmədiyini edərək əhalinin təxliyə olunması üçün əvvəlcədən telefonla və mətn mesajları vasitəsilə xəbərdarlıq edirik. Əfsuslar olsun ki, “Həmas”ın "canlı qalxan üsulu" bütün səylərimizə baxmayaraq, dinc əhalinin yaralanmasına gətirib çıxarır” – deyən İsrail səfiri beynəlxalq birlikdən “Həmas”ın səbəbsiz və pərakəndə hücumlarını pisləməsini gözlədiklərini bildirib.
“Həmçinin, İsrailin özünü qoruyaraq “Həmas”ın terrorçu infrastrukturunu məhv etmək üçün göstərdiyi səyləri, hər iki tərəfdən ölüm hallarının minimuma endirmək üçün əlindən gələni etməsinin dəstəklənməsini gözləyirik. İsraillilər və fələstinlilər birgə dinc yaşamağa layiqdirlər. Biz övladlarımızın gələcəkdə mehriban qonşu kimi birgə yaşayacağına ümidvarıq. Bu istiqamətdə ilk addım kimi, Qəzza sektorunun demilitarizasiyası, orada İsrail dövlətini məhv etməyi yox, Qəzza əhalisinin rifahını rəhbər tutan hakimiyyətin qurulması ola bilər” – deyə səfir fikrini tamamlayıb/Report.
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək