AFFA şikayətlər üzrə qərarlar verdi

img

18-05-2021 [14:55]


AFFA İntizam Komitəsi bu gün iki klubun şikayətləri üzrə toplanıb.

Mia.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər üzrə qərarlar veriilib:

“Sumqayıt” Futbol Klubu

1. “Sumqayıt” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA İntizam Komitəsinin 05.05.2021-ci ildə qəbul etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və Kluba tətbiq edilən 3200 (üç min iki yüz) manat cərimə, müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 (min altı yüz) manat cərimə ilə əvəz edilsin.

3. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

“Zirə” Futbol Klubu

1. “Zirə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 05.05.2021-ci il tarixində “Zirə” Futbol Klubu və klubun məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar qüvvədə saxlanılsın.

3. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR