AVRO-2020: İtaliya millisinin heyəti də bəlli oldu

img

18-05-2021 [11:48]


Daha bir komandanın AVRO-2020 üçün ilkin heyəti müəyyənləşib.

Məlumata görə, İtaliya millisinin turnirə yollanmaq ehtimalı olan oyunçularının adları açıqlanıb.

Baş məşqçi Roberto Mançini ilkin heyətə 33 futbolçu dəvət edib. Mayın 24-dən bir araya gələcək komanda ayın 28-də San-Marino, iyunun 4-də isə Çexiya ilə yoldaşlıq görüşü keçirəcək. Məhz bu qarşılaşmalardan sonra 7 nəfər siyahıdan çıxarılacaq və yekun “26-lıq” müəyyənləşəcək.

Qapıçılar: Alessio Kranyo (“Kalyari”), Canluici Donnarumma (“Milan”), Aleks Meret (“Napoli”), Salvator Siriqu (“Torino”);

Müdafiəçilər: Françesko Açerbi, Manuel Latsari (hər ikisi “Latsio”), Alessandro Bastoni (“İnter”), Kristiano Biraqi (“Fiorentina”), Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi “Yuventus”), Covanni Di Lorentso (“Napoli”), Alessandro Florenzi (PSJ), Canluka Mançini, Leonardo Spinatsola (hər ikisi “Roma”), Rafael Toloi (“Atalanta”);

Yarımmüdafiəçilər: Nikolo Barella, Stefano Sensi (hər ikisi “İnter”), Qaetano Kastrovilli (“Fiorentina”), Brayan Kristante, Lorentso Pelleqrini (hər ikisi “Roma”), Manuel Lokatelli (“Sassuolo”), Matteo Pessina (“Atalanta”), Marko Verratti (PSJ);

Hücumçular: Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (hər ikisi “Sassuolo”), Federiko Bernardeski, Federiko Kyeza (hər ikisi “Yuventus”), Vinçentso Qrifo (“Frayburq”), Çiro İmmobile (“Latsio”), Lorentso İnsinye, Matteo Politano (hər ikisi “Napoli”), Moyze Kin (PSJ).

Qeyd edək ki, İtaliya yığması AVRO-2020-nin A qrupunda Türkiyə, İsveçrə və Uelslə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR