Generaldan gömrükdəki həbslərlə bağlı  - Açıqlama

img

17-05-2021 [21:41]


Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov idarədə keçirilən əməliyyatdan sonra ilk dəfə saytımıza danışıb. İdarə rəisi bəzi media resurslarında onun saxlanılması xəbərlərinə də münasibət bildirib. 

Mia.az-ın məlumatına görə, Kənan Məmmədov Demokrat.az-a eksklüziv açıqlamasında bildirib ki, onun həbsilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. 

O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat barəsində bunları deyib: "Bizim müraciətimizdən sonra bu əməliyyat keçirilib".

Xatırladaq ki, bu gün Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Mia.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Məlumatda bildirlib ki, əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatla bağlı ictimaiyyətə ətraflı xəbər veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR