BMT Baş Assambleyası toplanır - Qəzza ilə bağlı

img

17-05-2021 [18:52]


Qəzza ətrafında yaranan vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədəBMTBaş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının SədriVolkan Bozkır "Twitter"də bildirib.

“İşğal olunmuş Fələstin bölgəsindəki pisləşməkdə olanvəziyyəti müzakirə etmək üçün “Orta Şərqdə vəziyyət” və “Fələstin məsələsi” gündəm maddələri altında BMT Baş Assamleyasının iclasının keçirilməsi ilə bağlıİslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki təmsilçiliyinin sədri olan Nigeriyanın BMT-dəki Nümayəndəliyindən və Ərəbdilli ölkələr Qrupunun BMT-dəki nümayəndəliyinə sədrlik edən Əlcəzair missiyasından rəsmi məktub aldım. Bu tələbə uyğun olaraq mayın 20-də BMT Baş Assambleyasının rəsmi plenar iclasını çağıracağam”, - deyə Volkan Bozkır qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA