Azərbaycan I Divizionunda 2020/2021 mövsümünə yekun vurulub

img

17-05-2021 [18:40]


Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünə yekun vurulub.

Məlumata görə, sonuncu - XXVII turda çempionluğu təmin edən "Neftçi - 2" gümüş mükafatçı "Zaqatala" ilə üz-üzə gəlib.

Qarşılaşma "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi mövsümü 64 xalla başa vurub, "Zaqatala" isə 56 xalda qalıb.

Günün digər oyunlarında "Kəpəz" "Sabah-2"ni, "Qaradağ Lökbatan" isə "Qarabağ-2"ni 1:0 hesabı ilə üstələyib.

Ötən tur bürünc medalı təmin etmiş "Turan Tovuz" MOİK-i 3:1 hesabı ilə yenibsə, "Keşlə-2" - "Sumqayıt-2" oyununda qalib müəyyənləşməyib - 1:1.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA