Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub - DİN-dən açıqlama

img

18-05-2021 [12:26]


Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a daxil olan məlumatda deyilir:

"Ağstafa Rayon Polis Şöbəsinə mayın 16-da Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR