Mia.az yazdı, məhv olmaq üzrə olan qədim karvansara nəzarətə götürüldü - FOTOLAR (YENİLƏNİB)
19-05-2021 [19:35]
Qaradağ rayonu ərazisində yerləşən “Minəcik” adı ilə tanınan karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir: “Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.
Xatırladaq ki, bu barədə problemi ilk olaraq Mia.az sayı 17 mayda yayıb. Bildiib ki, qədim karvansara biganəliikdən məhv olur.
Həmin yazını təkrar təqdim edirik:
"Torpaq həm də üzərində tarix yaşatdığı üçün Vətəndir. O tarixi bilmək azdır, tarixə şahidlik edib abidəyə çevrilən faktları qorumaq da lazım.
Təəssüf, min təəssüf ki, biz bu qaydanı gözləmirik.
Gözümüzün qarşısında məhv olan daha bir tariximiz Səngəçal-Cəngi-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaq da yerləşən qədim karvansara var.
Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün daha çox “Minəcik” karvansarayı adlanan tarixi abidədir. Karvansaray qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir. Karvansaray XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni XV əsrin ortalarında tikildiyini söyləmək olar.
XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə Minəcik karvansarası adlanır. Karvansaray Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir. Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib. Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib.
Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş. Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha heç kimi burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmır. Karvansaray Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. Yəni Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır. Buna baxmayaraq, çox zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.
Hazırda baxımsız qalan, 5 əsrdən çox yaşı olan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaq üzrədir. Mədəniyyət abidəsi kimi inventar nömrəsi 106 olan bu tikili o qədər maraqlı və dəhşətli hadisələrə şahidlik edib. Burada tökülən qanlar, kəsilən başlar, basılan karvanlar, oğurlanan sarvanlar, sonralar sovet hakimiyyətindən qaçaq düşənlərin burada gecələmələri və s. Amma yəqin ki, bu abidənin şahidlik etdiyi ən dəhşətli hadisə bu gün ona göstərilən laqeyd münasibətdir.
Samir Əsədli,
MİA.AZ
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib