Svanlar azərbaycanlılara hücum etdi, soydaşlarımız etiraza qalxdı və nəhayət, barışıq oldu - Rəsmi reaksiyalar + VİDEO/FOTO (YENİLƏNİB)
17-05-2021 [21:27]
Gürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.
Bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.
Onun sözlərinə görə, tərəflər bir-birini bağışlayıb: “Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu”.
Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar/Report.

***
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.
Məlumata görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.
Nazir deyib ki, azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar: "Azərbaycanlılar bizim qardaşlarımızdır. Rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir. Etnik azərbaycanlılar ilk növbədə bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".
Gürcüstan DTX-nın rəisi isə qeyd edib ki, Dmanisidə baş verən insident məişət zəminindədir və etnik qarşıdurma kimi qəbul edilməməlidir: “Aidiyyəti şəxslər münaqişə tərəfləri ilə işləyirlər. İnsidentlə əlaqədar saxlanılanlar var və araşdırmalar davam etdirilir”.
Q. Liluaşvili tərəfləri qanun çərçivəsində davranmağa çağırıb/APA.
Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.
Belə ki, bir qrup svan və gürcü yerli azərbaycanlılara hücum edərək, onlara xəsarət yetirib. Buna etiraz edən azərbaycanlılar bu gün aksiya keçiriblər. Onlar günahkarların cəzalandırılmasını tələıb edirlər.
***
Dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.
Hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.
Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.
Videoda görünür ki, gürcülər azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar
Mia.az xəbər verir ki, soydaşlarımız dünən mağazaya hücum edərək, aralarında qoca və qadının da olduğu 10-ya yaxın azərbaycanlını döyərək ağır xəsarətlər yetirən 50-dək svanın cəzanaldndırılmasını tələb edirlər. Ancaq aşağıda paylaşılan videodan da görünür ki, polis hələ ki hadisəyə seyrçi yanaşır...
***
“Dmanisidə çox təəssüfedici hadisə baş verib, lakin önəmlisi odur ki, mübahisə etnik qarşıdurma kimi təqdim olunmamalıdır”.
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
O, faktla bağlı Daxili İşlər Nazirliyinin istintaq apardığını qeyd edib: “Dmanisidə baş verənləri etnik zəmində qarşıdurma kimi təqdim etmək tamamilə yolverilməzdir”/Report.
***
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.
Qurum bununla bağlı rəsmi açıqlama yayıb.
DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.
Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.
“Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək” – məlumatda qeyd olunub/Report.
***
Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub.
Məlumata görə, qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan ekomiqrantlar arasında baş verib.
İnsidentdən öncə tərəflər mübahisə ediblər. Əllərində dəyənəklər və digər küt alətlər olan svanlar azərbaycanlılardan birinə məxsus mağazaya hücum edərək dağıntılar törədiblər.
Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var.
Qarşıdurmaya səbəb kimi marketdə svanlara məhsulun nisyə satılmaması olub.
Faktla bağlı araşdırmalara başlanılıb/Report.
****
Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıya məxsus mağazanın önündə baş verən kütləvi davanın təfərrüatları məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.
Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib”.
S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil baş verir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.
Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir. Yerli azərbaycanlılar marketin yaxınlığında toplaşıblar. Onlar hadisənin etnik zəmində baş verdiyini iddia edirlər.
***
“Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”.
Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib.
O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib: “Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”.
Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.
Xatırladaq ki, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.
***
Gürcüstanın Dmanisi rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər aksiya keçirirlər.
Mia.az Report-un yerli bürosu xəbər verir ki, aksiyaçılar ötən gün kütləvi hücumun olduğu mağazanın yaxınlığında toplaşıblar.
Onlar bu cür halların Dmanisidə tez-tez baş verdiyini bildiriblər. Aksiya iştirakçıları aidiyyəti dövlət qurumlarını insidentlə bağlı müvafiq ölçü götürməyi və günahkarların cəzalandırılmasını tələb edirlər.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb