İsraildə sinaqoqda tribuna çökdü:167 yaralı və ölənlər var - VİDEO

img

16-05-2021 [23:46]


İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.

Bu barədə təcili yardım xidməti məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i ağır vəziyyətdədir. Yaralıların 9-nun vəziyyəti normaldır. Hadisə zamanı 152 nəfər yüngül xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı 2 nəfər həlak olub.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR