Lənkəranda 3 avtomobil toqquşub, yaralılar var

img

16-05-2021 [17:31]


Lənkəranda 3 avtomobil toqquşub.

Məlumata görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:06 14.06.2021

Sabahın hava proqnozu

09:06 14.06.2021

Bu gün "Son zəng"dir

14:03 13.06.2021

Aleksandr Ata dəfn olunub