Qax sakini yeni PUA yaradıb - VİDEO
CƏMİYYƏT
16.05.2021, 16:21
Qax rayon sakini 43 yaşlı Anar Qocayev uşaqlıq illərindən aviamodellərə maraq göstərib. O, bu marağını təkmilləşdirib və pilotsuz uçuş aparatlarının (PUA) yeni modellərini hazırlamağa başlayıb. Onun hazırladığı modellər müəyyən bir məsafədə uçuş həyata keçirir və pult vasitəsilə uzaqdan idarə olunur.
Mia.az xəbər verir ki, Report-un şimal-qərb bürosu PUA modellərini hazırlayan A.Qocayevlə həmsöhbət olub.
Anar Qocayev bu vaxta qədər onlarla PUA modelləri hazırlayıb. Onun sözlərinə görə, onda bu sahəyə maraq hələ uşaq yaşlarından yaranıb:
"Evimizin altında olan kitabxanada uşaqların təkmilləşməsi üçün olan jurnallar var idi. Həmin jurnallarda "Özün düzəlt" mövzusuna uyğun olaraq modellər var idi. Oradan maraq başladı, karton və kağızlarla modellər hazırlamağa başladım. Amma indiki kimi zəngin texnologiya yox idi. Ötən əsrin 90-cı illərində müharibə və iqtisadi çətinliklərin olduğu çətin dönəm idi. Bir müddət belə hobbilər unuduldu. Müstəqillik əldə etdikdən sonra tədricən bu sahəyə maraq artdı. İnternetin inkişafı isə informasiya bolluğu yaratdı. Gördüm ki, xarici ölkələrdə bu cür materiallar var və böyük irəliləyişlər gedir. Mənim də içimdə keçmiş hisslər oyandı. Başladım təqib etməyə ki, müasir texnologiyalar, materiallar, pultlar və motorlar hansılardır. İdarə olunmaları ilə maraqlandım. Həminki dövrdə kollektorlu motorlar idi. İndi isə daha mükəmməl motorlardır. 2015-ci ildən tədricən bu işə başladım və ilk pultumu sifariş etdim. Pultla birlikdə balaca bir motor da gəldi. Məbləğ isə 80 ABŞ dolları tutdu. Üstündə bir neçə dənə pər də hədiyyə göndərdilər. İlk modelim 10-cu saniyədə yerə çırpıldı və parçalandı. Amma yaxşı ki, elektronika hissələrinə ziyan dəymədi. Hissələrini üstündən çıxardım. Yenidən bir model hazırladım. Elə o da bir az uçduqdan sonra yerə düşdü və parçalandı. Heç bir dəqiqə də uçmadı. İndiyə qədər 20-dən çoxunu qırmışam. İlk uçuş üçün yoldaşlar da tamaşaya gəlirdi. Amma havaya qalxmağıyla düşməyi bir olurdu. Peşman şəkildə geri dönürdük. Bu proses dəfələrlə təkrarlanırdı. Hər bir iş belədir, müəyyən vaxt tələb edir ki, təcrübə yığasan. Həmin təcrübələrdə harada səhvə yol verdiyini, necə səhv etdiyini anlayırsan. PUA-ların hazırlanmasında belə böyük səhvlərə yol vermişdim. Əyriliklər və böyük uyğunsuzluqlar var idi. Sonradan tədricən o səhvləri aradan qaldırdım. Onun müqabilində təcrübəm artdı və PUA-nı daha dəqiq düzəltməyə başladım. Uçuş müddəti də 10 saniyədən 30-40 saniyəyə yüksəldi. Sonradan daha da təkmilləşdikcə uçuş müddəti artıq bir neçə dəqiqəyə çatdı. PUA-nı idarə edərkən artıq pultdan daha sərbəst istifadə etməyi öyrəndim. Keçmiş səhvlərdən nəticə çıxararaq bugünkü vəziyyətə çatdım. Amma bu proses illərlə vaxt aldı. Satdığım modellərdən başqa, istifadə etdiyim və sıradan çıxmış modellər də olub. Bəzilərinin şəkilləri qalıb, bəzilərinin isə yox. Hansı modeli gözüm tutursa, həmin modelin çertyojunu axtarıb tapıram. Elələri də olur ki, həmin modellərə özümdən əlavələr edirəm. Düşünürəm ki, belə daha düz olar".
PUA-nı penoplastdan hazırlayan Anar Qocayev bu materialın daha yüngül olduğunu və uçuş zamanı daha sürətlə hərəkət etdiyini bildirir:
"Hissələrində alüminium və taxta qırıntılarından istifadə edirəm. Mühərrikin bağlanması üçün olan hissələri fanerdən hazırlayıram və mühərrik ora bağlanır. Materialları əldə etmək də çox çətindir. Karbon materialı var ki, həm bahadır, həm də xaricdən gəlməsi aylarla vaxt alır. Həmin materialı daha ciddi modellərdə istifadə edirəm".
Hazırladığı PUA modelləri ilə yaşadığı rayonda və bölgədə məşhurlaşan usta əl işlərindən gəlir də əldə edir. O, hətta müştərinin istəyinə uyğun olaraq PUA modelləri də yığdığını deyir:
"Satdığım modellər də olub. Hətta sifariş də ediblər ki, belə model olsun, bu cür formada olsun. Mən də necə sifariş olubsa, elə yığmışam. Uçurub videosunu da çəkmişəm və müştəriyə təqdim etmişəm. Ən bahalı modelim 150, ən ucuzu isə 80 manat olub. Amma onu deyim ki, bu qiymət insanları çaşdırmasın. Çünki yalnızca modelin özünü verirəm. Bura akkumulyator və qəbuledici pult daxil deyil. Sırf modelin özü və motoru satılır. Kim alırsa, akkumulyatorunu və qəbuledicisini özü yerləşdirməlidir”.
Pilotsuz uçuş aparatlarının 44 günlük Vətən müharibəsindəki önəmindən danışan Anar Qocayev PUA-ların çox böyük faydalı iş əmsallarının olduğunu qeyd edir:
"Gələcəkdə bu təyyarələri kənd təsərrüfatında da istifadə etmək olar - itən heyvanları tapmaq üçün. Hətta yanğın olan ərazinin yerini dəqiq müəyyənləşdirmək üçün də istifadə etmək olar. Axtarış edərkən böyük maliyyə tələb edən helikopterlərdən istifadə etməkdənsə, belə PUA-lardan istifadə daha rahat və sərfəli olar. Bundan başqa, gələcəkdə reklam işlərinin çəkilişi üçün də istifadə etmək fikrim var. Hər hansı bir turizm obyektini reklam etdirmək istəyərlərsə, bu PUA-larla çəkiliş aparmaq olar. Bu tip PUA-ların bir üstünlüyü də var ki, enerji sərfiyyatı dronlardan 4-5 qat azdır. Dronların uçduğu vaxtın 5 qatını bu PUA-lar uça bilir. Çünki dronlar 4 motorludur. Bu PUA-lar isə 1 motorludur. Bu da o deməkdir ki, dronlara daha böyük akkumulyatorlar lazım gəlir. Bu isə aparatın yükünü artırır".
Hazırda məişət avadanlıqlarının təmiri ilə məşğul olan usta gələcəkdə özünü bu sahədə daha da inkişaf etdirmək istəyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türk aktrisa Parisdə şouda: 10800 dollarlıq paltar göz qamaşdırdı - FOTO
Bugün, 22:41 ŞOU-BİZNES
-
Sabiq nazir və ailəsinin mal-mülkünə həbs qoyuldu
Bugün, 22:36 SİYASƏT
-
Çin Yaponiyanı təhdid elədi: "Tarixdən dərs çıxarmayanın gələcəyi yoxdur"
Bugün, 21:04 DÜNYA
-
Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə müzakirə apardı
Bugün, 21:04 SİYASƏT
-
Şahin Mustafayev Tehranda Pezeşkianın qəbulunda: "Azərbaycan Prezidenti İlham Əliyevin salamları var"
Bugün, 20:28 GÜNDƏM
-
“Azəriqaz”da şöbə müdiri təyinatı oldui
Bugün, 18:21 CƏMİYYƏT
-
“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov
Bugün, 18:08 CƏMİYYƏT
-
Nargin: Saralmış Kədər - Qarabağ - Türk dünyasının ZƏFƏR yaddaşı
Bugün, 17:56 MƏDƏNİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmur bu qədər sərvətə necə sahiblənib?
Bugün, 17:39 CƏMİYYƏT
-
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrini təltif etdi - FOTO
Bugün, 17:17 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək
Bugün, 16:56 GÜNDƏM
-
Əli Həsənovun qızı Dubayda biznes qurub - FOTOLAR
Bugün, 16:56 SİYASƏT
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
Bugün, 16:44 İQTİSADİYYAT
-
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTOLAR
Bugün, 16:40 GÜNDƏM
-
Xalq artistinin səhhəti haqqında açıqlama: "Həkimlərin nəzarətindədir"
Bugün, 16:18 CƏMİYYƏT
-
637 min manatlıq mübahisəli iş üzrə məhkəmə davam edir
Bugün, 16:10 KRİMİNAL
-
Lənkəranda zəlzələ olub
Bugün, 15:59 GÜNDƏM
-
Torpaq sahəsinin koordinatlarının naturada tanıdılması xidməti elektronlaşdırılıb
Bugün, 15:56 İQTİSADİYYAT
-
Oktyabr ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 15:35 CƏMİYYƏT
-
Xətainin abidəsinin postamenti üzərindəki yazı... - Araşdırma başlayıb + FOTOLAR
Bugün, 15:20 MƏDƏNİYYƏT
-
NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"
Bugün, 15:08 GÜNDƏM
-
90-ların müğənnisi illərə meydan oxuyur - FOTOLAR
Bugün, 14:57 ŞOU-BİZNES
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
Bugün, 14:39 CƏMİYYƏT
-
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
Bugün, 14:29 CƏMİYYƏT
-
Qubad İbadoğlu Azərbaycandan getdi
Bugün, 14:28 SİYASƏT
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 14:21 GÜNDƏM
-
Misli Premyer Liqası: VIII turun oyun cədvəli açıqlandı
Bugün, 14:09 İDMAN
-
"Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ)
Bugün, 14:03 İQTİSADİYYAT
-
Jurnalist Əvəz Zeynallı dəfn olundu (Yenilənib)
Bugün, 13:55 PRESS
-
"Roşka” ləqəbli tiktokerə 5 il cəza istənilib
Bugün, 13:24 PRESS
-
Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Bugün, 13:20 SİYASƏT
-
İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi
Bugün, 12:56 DÜNYA
-
Sabah rayonlara yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT