Ter-Petrosyan: "Paşinyan və Koçaryanın qələbəsinə imkan vermək olmaz"

img

16-05-2021 [16:02]


Erməni Milli Konqresi iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

"Novosti Armeniya” xəbər verir ki, bunu təşkilatın lideri, Ertmənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan konqresin qurultayında bildirib.

O, partiyası tərəfindən göstəriləcək namizədlər siyahısına başçılıq edəcək. Levon Ter-Petrosyan keçmiş prezident Robert Koçaryanın da qələbəsini istinsna edib. Onun sözlərinə görə, Nikol Paşinyan və ya Robert Koçaryanın qələbəsi daxili siyasi mübarizənin davam etməsinə səbəb olacaq: “Belə şəraitdə aktual problemləri həll etmək mümkün olmayacaq”.

L.Ter-Petrosyan bildirib ki, bu halda daxil sabitlik təmin olunsa belə mühacirətin tempi sürətlənəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA