ERMƏNİSTANLA SƏRHƏDDƏ GƏRGİNLİK: "Danışıqlar gedir" - Rus general prosesdə yer alıb

img

15-05-2021 [23:23]


Zəngəzurda Azərbyacan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı aparılan danışıqlar başa çatıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Əldə edilmiş razılığa əsasən, danışıqlar sabah saat 14.00-da davam etdiriləcək”-deyə məlumatda vurğulanır.

Bu gün aparılan danışıqlar nəticəsiz qalıb. Azərbaycan demarkasiya ilə bağlı yerləşdiyi ərazini tərk etməyib.

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da iştirak edib/Azpost.

***

Zəngəzurda sərhəd demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Müradov iştirak edir.

Bu barədə Gorus rayonun merinin müavini bildirib. Danışıqlar saat 18.00-da başlanıb.

Azərbaycan hərbçiləri xəritə üzrə nəzərdə tutulan mövqelərdə durmaqda davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR