“TƏHSİL FORUMU-2021” ailəsi...

img

15-05-2021 [15:10]


Bu gün sosial şəbəkə həyatımıza daxil olub. İş sferasında, adi həyatda hər an onun imkanlarından geniş şəkildə istifadə edirik. Çoxsaylı sosial mətbuat, Qrup və birliklər içərisində təhsilə dəstək olan, yaradıcı və işgüzar bir qrup var: "Təhsil Forumu-2021".

Yaranma tarixi çox da uzaq deyil. Cəmi 2 yaşı var. Ancaq bu iki ildə 87 mindən çox üzvü özündə birləşdirib, inkişafda olan Azərbaycan təhsilinə dəstək göstərib.

Bir müəllim, bir təhsil idarəçisi və söz, ədəbiyyat nümayəndəsi kimi həmişə bu qrupun fəaliyyətini yaxından izləmişəm, rəhbəri Emil Tağızadə ilə müəyyən fikir mübadilələri, diskusiyalar da aparmışam.

Hazırda mənim də moderator olduğum Qrupun 2 illik yubileyidir. İki yaşı münasibətilə Emil müəllim başda olmaqla, qrupun yaradıcı heyətini və çoxsaylı üzvlərini ürəkdən təbrik edirəm! Uğur Sizlərlə olsun, dostlar! İnşallah, tezliklə 100 minlik bir hədəfə çatarıq!

...Yeni yaşda "Təhsil Forumu-2021" Qrupunun fəaliyyət sferasının uğurlu və təhsilimiz üçün faydalı olan bəzi işlərindən danışmaq istərdim. Maraqlı müzakirələr, açıq söhbət, təcrübi yazılar, istedadlı pedaqoqların məqalələri, məktəb həyatına aid paylaşmalarla bərabər çox yaddaqalan və faydalı layihələrə də imza atıldı. Təkcə "Tanıyaq və tanıdaq" layihəsində 3895 müəllim iştirak edib. Ən yaxşı müəllimlərimizin fəaliyyəti və iş təcrübəsi işıqlandırılıb. Eyni zamanda, "Məktəbim", "Şagirdim", "Sinif yoldaşım", "Fəal müəllim", "Müəllimin töhfəsi", "Əsgərə salam","Fəal direktor", Məktəbimiz bu gün", "Valideynin təhsildə rolu", "Pozitiv müəllim"," Məktəbimizin tarixi" və "Şer, rəsm müsabiqələri" adlı layihələr də təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı.

Qarşıda "Təhsil Forumu-2021" Qrupunu nə gözləyir? Yeni yaş günlərində bu da maraqlıdır. Qrup öz proqram və nizamnaməsinə uyğun olaraq yenə də təhsilimizə dəstək olacaq, onun uğurları, inkişafı və yeniləşməsi istiqamətində fəaliyyət göstərəcək. Bu gün ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları ilə ictimai fikrə diqqət yetirilir. Bu işə Təhsil Nazirliyində çox doğma münasibət görürük. Təhsil naziri cənab Emin Əmrullayevin tez-tez açıq müsahibə və görüşləri, pandemiya və Zəfər günlərində apardığı debatlar, vətəndaşlarla onlayn əlaqələri hamımızı sevindirir. Bu da sağlam və təhsilimizə fayda verə biləcək, ictimai fikri əks etdirən təhsil qrupunun fəaliyyətinə bir stimuldur. 

 Yeni yaşın mübarək, "Təhsil Forumu-2021" ailəsi! Ən xoş arzularımız Sizinlədir! 5 illiyinizi, 10 illiyinizi və daha böyük yaşınızı keçirməyi arzulayırıq Sizə!        

Səxavət Tağlar,

Əməkdar müəllim.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub