XİN başçısı Baş katiblə Ermənistanla sərhəddəki gərginliyi müzakirə etdi - XİN-dən açıqlama

img

14-05-2021 [17:13]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino arasında telefon danışığı olub.

Mia.az XİN-ə istinadla xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR