PAŞİNYAN PUTİNƏ ZƏNG ETDİ - Sərhəddəki gərginliklə bağlı müzakirə aparılıb

img

14-05-2021 [14:42]


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı mayın 13-də axşam saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədindəki yaranmış son vəziyyət barədə fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə ciddi riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb, Rusiya tərəfi regiondakı sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirmək, İrəvan və Bakı ilə sıx təmasları davam etdirmək niyyətində olduğunu təsdiqləyib.

Rusiya Prezidentinə minnətdarlığını bildirən Nikol Paşinyan ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və əməkdaşlığın lehinə olduğunu ifadə edib.

Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərinə də toxunulub, deyə Kremlin məlumatında vurğulanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR