Azərbaycanla Ermənistan sərhədində gərginlik - Lavrovla Ceyhun Bayramov fikir mübadiləsi apardı

img

13-05-2021 [20:08]


Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Mia.az-a bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Xatırladaq ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib. Rəsmi Bakı isə öz dəqiq sərhədləri çərçivəsində sərhəd xəttini müəyyənləşdirdiyini dəfələrlə bəyan edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA