Nazir: "Gürcüstan quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır"

img

13-05-2021 [17:43]


"Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır".

Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə deyib.

Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın üçüncü dalğası başa çatacaq: "Sərhədləri açmağı planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər".

Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən çoxdur dayandırılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR