UEFA Çempionlar Liqasının finalı ilə bağlı qərar verdi - Türkiyə kənarda saxlanıldı

img

13-05-2021 [14:56]


Cari mövsüm UEFA Çempionlar Liqasının finalı Portuqaliyanın Portu şəhərində olacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, həlledici matç koronavirus səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki "Draqau" stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Finalda İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.

Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. UEFA görüşün İngiltərədə təşkilinin də nəzərdən keçirildiyini, lakin karantin tədbirləri üzündən danışıqların nəticəsiz qaldığını bildirib.

Avropa futbol qurumu anlayışa görə Türkiyə tərəfinə təşəkkür edib və İstanbul şəhəri üçün gələcək imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR