Şuşada “Xarıbülbül” musiqi festivalı başa çatıb - Mehriban Əliyevadan yeni paylaşım + VİDEO/FOTOLAR

img

13-05-2021 [15:52]


Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ikinci günündə qala-konsert olub.

Konsertdə Azərbaycanın görkəmli incəsənət xadimləri çıxış ediblər.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

"Şükür Allaha! Ulu Tanrı, Azərbaycanı və Azərbaycan xalqını daim qoru!".

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edir.

Məlumata görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyirlər.

APA

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR