Rusiyada Gürcüstan vətəndaşı Azərbaycana aid saxta sənədlərlə saxlanıldı

img

12-05-2021 [19:54]


Rusiyanın Rostov əyalətində Gürcüstan vətəndaşı Elçin Osmanov saxlanılıb.

Bu barədə Rusiya mətbuatı yazıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs Rusiyada sərbəst şəkildə qalmaq, xaricə getmək üçün Azərbaycan vətəndaşına aid saxta pasport və sürücülük vəsiqəsindən istifadə edib.

E.Osmanov avtomobillə hərəkətdə olarkən dayandırılıb və saxta sənədləri təqdim edərkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Gürcüstan vətəndaşını bir ilədək müddətə həbs cəzası gözləyir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA