Gürcüstan XİN: Azərbaycan və Ermənistana dialoq platforması təklif etməyə hazırıq

img

12-05-2021 [19:51]


“Gürcüstan rəsmi Tbilisini Azərbaycan və Ermənistan arasında dialoq platforması üçün təklif etməyə hazırdır”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

XİN başçısı bu təşəbbüsün həm Azərbaycan, həm də Ermənistanda səsləndirildiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstanın önəmli siyasi məsələlər üzrə vasitəçiliklə bağlı resursunun olması ilə bağlı illüziyası yoxdur: “Lakin iqtisadi əməkdaşlıq, kiçik və orta sahibkarlıq, insanlar arasında əlaqələr və humanitar məsələlərlə bağlı vasitəçiliyimiz mümkündür”.

D.Zalkaliani Gürcüstanın Cənubi Qafqazın üç ölkəsi arasında dialoqa hazırlığını ifadə edib: “Əminəm ki, bu istiqamətlə bağlı siyasi iradə olarsa, nəzərəçarpacaq nəticələr əldə etmək mümkündür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR