Benzinin qiyməti rekord həddə qalxdı - Gürcüstanda

img

12-05-2021 [11:35]


Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində “Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, bu, yanacaq bazarında rekord həddir.

Beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA