“OPEC” neft tədarükü ilə bağlı proqnoz göstəricisini azaldıb

img

11-05-2021 [17:06]


2021-ci ilin sonunda “OPEC”ə üzv olmayan ölkələrin neft tədarükünün sutkalıq həcmi 0,7 milyon barel artaraq 63,6 milyon barelə çatacaq.

 TASS agentliyi xəbər verir ki, bu göstərici mart ilə müqayisədə sutkada 0,2 milyon barel azdır.

Proqnozun pisləşməsi əsasən bu ilin fevralında şaxtalar və qar fırtınaları səbəbilə ABŞ-da hasilatın 2,2 milyon barel azalması ilə əlaqədardır.

“OPEC” həmçinin, uzun müddətdir davam edən təmir mövsümü səbəbilə Norveç və Kanadadakı hasilatla bağlı proqnoz göstəricilərini azaldıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA