Ceyhun Bayramov Lavrovla mətbuat konfransında: “Ən dəhşətlisi budur ki..."

img

11-05-2021 [12:57]


“Rusiyanın Kazan şəhərində böyük faciə baş verib. Terror aktı nəticəsində çoxlu sayda günahsız insan həlak olub və yaralanıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

“Ən dəhşətlisi budur ki, hadisə məktəbdə baş verib. Günahsız insanların ölümü həmişə faciədir. Ən dəhşətlisi odur ki, ölənlər günahsız uşaqlardır. Bütün rus xalqına başsağlığı verirəm, yaralananlara tezliklə sağalmağı arzu edirəm. Biz terrorun hər növünü qınayırıq. Bu bir daha onu göstərir ki, bütün ölkələr terror vəbasına qarşı birləşməlidir”, - deyə XİN başçısı vurğulayıb.

XİN başçısı əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır:

"Bizi ortaq tarix birləşdirir, onun vacib bir hissəsi faşizm üzərində qələbədir. İnanırıq ki, müntəzəm qarşılıqlı səfərlər dialoqun davam edilməsinə mühüm töhfə verir. İkitərəfli münasibətlərin inkişafı güclü müqavilə bazasına əsaslanır. Münasibətlərimizi tənzimləyən təxminən 230 sənəd var. Bir çox başqa sənədlər inkişaf mərhələsindədir”.

Nazir qeyd edib ki, regional məsələlər bugünkü görüşdə də müzakirə edilib: “Biz iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planını müzakirə etdik. Bu gün biz eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Bizim ölkələr bir sıra tranzit xətlərin keçdiyi yerdir. Yaxşı xəbərlərdən biri odur ki, ağır keçən 2020-ci ildə bu tranzit xətləri nəinki azalıb, hətta artıb. Bu gün müzakirələr zamanı da qeyd olundu ki, koronavirusla çox yüksək səviyyədə mübarizə apardıq. Bizim müvafiq strukturlarımızın qarşılıqlı əməkdaşlığı, bu dövr ərzində yükdaşımaların dayanmaması da bizim yaxşı münasibətlərimizə dəlalət edir. Ənənəvi olaraq Rusiya və Azərbaycan arasında münasibətlərində təhsil, mədəniyyət, idman sahələri əhəmiyyət daşıyır. Bizim beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəmiz var”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub