Paşinyanı müşayiət edən avtomobil qəza törədib

img

10-05-2021 [13:10]


Yerevanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən maşın karvanının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ermənistan Polisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Vazgen Sarkisyan və Xorenasiya küçələrinin kəsişməsində “Mercedes” və “Nissan” avtomobilləri toqquşub.

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR