Baş prokuror: "Qarabağda vuruşmuş erməni terrorçularının cinayət işi yekunlaşmaq üzrədir"

img

10-05-2021 [11:50]


"Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var".

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, erməni terrorçularına qarşı konkret cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb: "Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsində cinayət işinə hərtərəfli və obyektiv baxılması üçün beynəlxalq konvensiyalara uyğun prosesin aparılması təmin ediləcək. Digər terorrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA