"Mübariz Məsimovu Lotu Quliyə öldürtmək istədilər, ancaq o, dişli çıxdı" - Türk mafiya başçısının sensasiyalı iddiaları siyasi gündəmi də qarışdırdı + VİDEO

img

10-05-2021 [11:12]


Son günlər qalmaqallı açıqlamaları ilə Türkiyə gündəmini çalxalayan türk mafiya başçısı Sedat Peker Yutub sosial şəbəkəsində növbəti video-müraciət yayıb.

Mia.az xəbər verir ki, budəfəki açıqlamasında da şok iddialar səsləndirib.

O, hətta Azərbaycan oxucularını yaxından maraqlandıran məqamlara da toxunub.

Sedat Peker iddia edib ki, həbsdən çıxdıqdan sonra Türkiyədə yaşayan "Lotu Quli" ləqəbli mərhum Nadir Səlifov haqda Türkiyədə deport qərarı çıxıb. Ancaq Türkiyə "dərinçi"lərindən olduğunu iddia etdiyi  Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar bu qərarı ləğv etdirib.

Peker bunun səbəbini onuna izah edib ki, Ağar Lotu Qulinin əli ilə Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovu öldürdürmək istəyib: "Lakin Mübariz Məsimov dişli çıxdı".

Peker onu da bildirib ki, sabiq nazir Mənsimovun Bodrumdakı milyonluq əmlakını da ələ keçirib.

Xatırladaq ki, bu 3-cü videodan sonra Türkiyə DİN hazırda Dubayda yaşayan Pekerin qırmızı xətlə axtarışa verildiyini bəyan edib.

Bununla yanaşı, qardaş ölkə siyasiləri də Pekerin açıqlamaları ilə bağlı hökumətdən izahat tələb ediblər.

CHP lideri Kiliçdaroğlu Türkiyə DİN-dən izahat tələb edib,  İYİ lideri Akşener isə Pekerin açıqlamalarına toxunaraq baş verənləri izlədiyini deyib: "Bütün bunlar rəzalətdir. Hələ kokain məsələsi-filan...".

Digər siyasilər də gündəmlə bağlı öz fikirlərini böğlüşüblər. Onlar Türkiyənin 90-ların əvvəllərinə - qaranlıq olaylara sürükləndiyini idda ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR