Rusiya güclü silahlarını Moskvada parada çıxardı, Putin dünyaya mesaj verdi: “Tarix nəticə çıxarmağı və dərs öyrənməyi tələb edir" - FOTOLAR

img

09-05-2021 [13:15]


Moskvadakı Qırmızı Meydanda faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Məlumata görə, paradı Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edib.

Rusiya istehsalı olan "Aurus" markalı kabrioletdə paradı qəbul edən Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident Vladimir Putinə bütün növ qoşunların parada hazır olduğu barədə məruzə edib.

V. Putin parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qoşunların təntənəli yürüşü başlayıb.

Hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.

Hərbçi kolonlarından sonra İkinci Dünya müharibəsinin simvollarından olan məşhur T-34 tankı meydana daxil olub.

Paradda yeni növ döyüş tankları Т-90М və Т-80BVM, "Armata" piyada döyüş maşınları iştirak ediblər. Bundan başqa, paradda "Tornado -S" reaktiv raket sistemi, hava hücumundan müdafiə sistemi S-400 “Triumf”, “Pantsir-S” zenit raket kompleksləri, "İsgəndər M" operativ taktiki raket kompleksi, "Tayfun" və "Tiqr-M" zirehli avtomobilləri və digər ən müasir Rusiya hərbi texnikaları nümayiş olunub.

Parad hərbi aviasiyanın nümayişi ilə başa çatıb. Moskva ətrafındakı aerodromlardan səmaya ümumilikdə 76 hava gəmisi qalxıb. Mi-26, Mi-28 və K-52 helikopterləri, İl-76 hərbi nəqliyyat, Tu-96 MS, Tu VVM3 və Tu-16 bombardmançı, MiQ-29 MST, MiQ-31, beşinci nəsil Su-57 və SU-130SM qırıcıları hava şousu göstəriblər.

Ümumilikdə paradda 12 mindən çox hərbçi iştirak edib. 190-dan çox hərbi texnika, 76 helikopter və təyyarə nümayiş olunub.

Qeyd edək ki, faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunan Paradda qonaq qismində Tacikistan prezidenti Imaməli Raxmon iştirak edib. Paraddan sonra Putin və Raxmon “Aleksandr Bağı”ndakı Naməlum əsgərin məzarını ziyarət ediblər/APA.

***

Paradda çıxış edən Putin deyib ki, bu bayram bizim üçün həmişə müqəddəs olacaq:

"Sovet xalqının faşizm üzərində Qələbədə möhtəşəm nailiyyətini hər zaman xatırlayacağıq. O vaxt xalqlar birlikdə idi. Bütün millətlərdən, dinlərdən olan insanlar öz doğma torpaqlarının hər qarışı uğrunda mübarizə aparırdılar, müqəddəs andı yerinə yetirirdilər və nəticədə Avropa ölkələrini “qəhvəyi vəba”dan xilas etdilər".

Putin bildirib ki, yenidən təcavüzkar planlar üzərində düşünənlərə münasibətdə əfv və bəhanəyə yer yoxdur: “Tarix nəticə çıxarmağı və dərs öyrənməyi tələb edir. Ancaq təəssüf ki, faşist ideologiyasını yenidən gündəmə gətirilməyə çalışırlar. Tarixi yenidən yazmaq və xainlərə və cinayətkarlara haqq qazandırmaq cəhdlərini görürük. Rusiya öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək”.

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR