Əfqanıstanda partlayış: 55 nəfər ölüb, 150 yaralı var

img

09-05-2021 [09:13]


Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 55 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

Bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyi hələlik 30 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Öldürülənlərin və xəsarət alanların əksəriyyəri şagirdlərdir.

Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Lakin 1TV telekanalı “talibançı”ların da hadisəni pislədiyini xəbər verib.

Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR