Güləşçimiz final görüşünə çıxmadı

img

08-05-2021 [19:47]


Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb.

"Report"un məlumatına görə, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.

25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR