ZƏFƏR SEVİNCİ... - Tədbir + FOTOLAR

img

08-05-2021 [17:38]


Bu gün Azərbaycanın müxtəlif regionlarından olan müəllim həmkarlarımız və başqa qonaqlarla birgə Qarabağda Zəfər sevincimizi əks etdirən bir tədbir keçirdik.

Təşkilatçılığımla keçirilən tədbirdə İordaniya səfirliyinin əməkdaşı, Azərbaycan Diasporunun rəhbəri, Qadınlar Şurasının sədri Zümrüd Dadaşova, Bakı şəhər Xətai rayonu 17 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi Aynurə Əzizova, Abşeron rayon Ə.Vahid adına 1 saylı tam orta məktəbin musiqi müəllimi Şüküfə Qasımova, Salyan Peşə Liseyinin direktoru Razigül Dadaşova, Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin biologiya müəllimi Nigar Şükürova, 5 kitab müəllifi, Kredo qəzetinin redaksiya heyyətinin üzvü və ictimai müxbiri, istedadlı məktəbli Sevindik Nəsiboğlu, İsmayıllı rayonu H.Əliyev adına İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Elnarə Əfəndiyeva daha çox fəallıq göstərdilər.

İlk olaraq istedadlı məktəbli Sevindik Nəsiboğlu Böyük Vətən müharibəsində iştirak etmiş babalarından və xalqımızın qəhrəmanlıq nümunələrindən danışdı.

Ardınca, musiqi müəllimi Şüküfə Qasımova Vətən müharibəsində qəhrəman döyüşçülərimizin sücaətindən danışıb “Cənab leytenant” mahnısını ifa etdi.

Sonra Qarabağ Zəfərimizi xaricdən müşahidə edən İordaniya səfirliyinin əməkdaşı, Azərbaycan Diasporunun rəhbəri, Qadınlar Şurasının sədri Zümrüd Dadaşovaya söz verildi. O qeyd etdi ki, Şuşanın azadlığı günü İordaniyada böyük qələbəlik yaşandı. Orada yaşayan ermənilər Qarabağ Zəfərimizi gözlənilməz hadisə kimi qarşıladılar.

Bərdəli müəllimə Nigar Şükürova “Müharibənin taleyinə təsir edən Azərbaycan alimləri” haqqında danışdı.

Yusif Məmmədəliyev, Şıxbala Əliyev, Mirəli Qaşqay, Mustafa Topçubaşov, Mirsədulla Mirqasımov, Şamil Əzizbəyov, Rüstəm İsmayılov, Musa Əliyev və başqaları haqqında məlumatlar tədbir iştirakçılarında maraq doğurdu.

Şüküfə xanımın ifasında “Ana Vətən” və “Salamat qal, ana” mahnıları dinlənildikdən sonra Aynurə Əzizova “Zəfər sevincimiz əbədidir” mövzusunda öz tükənməz sevincini ifadə etdi, ordumuzun və Ali Baş Komandanımız, mübariz iradəli İlham Əliyevin dönməz iradəsindən danışdı. 

Tədbirdə İsmayıllı rayon İvanovka kənd tam orta məktəbin tarix müəllimi Elnarə Əfəndiyeva 9 May Qələbə gününü öz bölgələrində necə təşkil edəcəkləri barədə danışdı və Malakanlılara Azərbaycan tarixini tədris etdiyindən qürur duyduğunu bildirdi. 

Sonra Şüküfə xanım “Torpağın səsi” mahnısını oxudu, ardınca isə birlikdə “Can, Can Azərbaycan” ifası səsləndi.

Leyli Əliyeva,

İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi,

“Tərəqqi” medallı, “İlin müəllimi” müsabiqəsinin qalibi

 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR