Müəllimlərin işə qəbulu imtahanının məzmununda dəyişiklik ediləcək

img

08-05-2021 [16:31]


"Bu il 50 mindən artıq namizədlərin müəllimlərin işə qəbulu prosesində iştirakını gözləyirik. Təxminən 8000-9000 minə yaxın şəxsin iş yeri ilə təmin edilməsi planlaşdırılır”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu da bəzən narazılıqlar yaradır: “Müsabiqə o deməkdir ki, bir qisim insan qalib gələcək, digərləri isə iş yeri qazana bilməyəcək. Məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR