Tokio-2020: Qadın güləşçilərimiz 2-ci lisenziyanı da qazanıb

img

07-05-2021 [21:52]


Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq-da yarışan idmançı finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Manolova həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Qeyd edək ki, bunadək qadın güləşçilərdən yalnız Mariya Stadnik (50 kq) Tokio olimpiadasına vəsiqə qazanıb. Bu, Azərbaycanın Oyunlara ümumilikdə 23-cü lisenziyası olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR