Ağadadaş Ağayevin səhhəti ilə bağlı açıqlama: "İnsanın hissləri ilə oynamaq olmaz"

img

07-05-2021 [09:18]


Ötən gecə əməkdar artist Ağadadaş Ağayevin ölüm xəbəri yayılıb.

Mia.az big.az-a istinadən məlumatına görə, Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşıb və sənətçinin vəziyyətinin yaxşı olduğunu yazıb:

"İnsanın hissləri ilə oynamaq olmaz... Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm.

Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Narahatlığa heç bir əsas yoxdu".


Digər xəbərlər
SON XƏBƏRLƏR