Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-05-2021 [00:06]
Qoç - dünənki gərginliyin izləri qalıb və baş vermiş hadisə ilə bağlı münasibətlərin izharı davam edir. Fiziki işlə məşğul olun, cari işlərin hamısını başa çatdırın.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda səbrli, dözümlü olun. Deyilənləri diqqətlə dinləyin, tələsik cavablar verməyin. Həmsöhbətinizin nə demək istədiyini anlamağa çalışın.
Heç bir səbəb və motivasiya olmadan inciklik yarana bilər. Bunun nəticələri isə heç yaxşı olmayacaq.
Münasibətlərinə önəm verdiyiniz insanla söhbətlə xüsusilə həssas və diqqətli olun.
İdeya və fikirləriniz çoxdur. Onların bəziləri imkanlar, qüvvələr, resursları üstələyir. İdeyalarınızı tərəfdaş və ya yaxın insanla müzakirə edin.
Çox yəqin ki, bu məsələyə sonradan dönəcəksiniz.
Buğa - istiqamət və yönün dəyişməsi, seçimin müəyyənləşməsi günüdür. Genişmiqyaslı yeni işə başlamayın. Amma günün şərtlərini və yaşananları diqqətlə nəzərdən keçirin.
Hansısa problem həllini tapacaq. Lakin bunun üçün təzyiq göstərmək, köhnə münaqişəni birdəfəlik həll etmək gərəkdir.
Mənfi nəticənin də sonuc olduğu situasiya olacaq.
Bel bağladığınız nəticə əldə edilməzsə və ya hadisələr təxminlənən məcrada cərəyan etməzsə, müşkülün səbəbini arayın. Durum çətinləşərsə, başqa işlə məşğul olun.
Yardım gözləyən insana kömək edin. Bu gün sizin şəfqət və diqqətinizə əlahiddə ehtiyacı olan insan var.
Əkizlər - psixoloji baxımdan çətin gündür. Gərginliyin səviyyəsi azalmağa başlasa da, ətalətə və tənbəlliyə qapılmayın. Şərait aktiv fəaliyyət tələb edir.
Rəsmi qurumların mənsubları ilə mübahisə, ya da münaqişə istisna deyil.
Şəxsi münasibətlərdə problem yaşana bilər.
Məişət texnikasının sıradan çıxması, alınan əşyanın keyfiyyətsiz olmasının aşkarlanması da mümkündür.
Səbrli olun, əks halda mütləq şəkildə problem yaşanacaq.
Axşam saatlarında əhvalınızı yaxşılaşdıracaq xəbər alacaqsınız. Diqqətinizi daha xoş obyektə yönəldin.
Xərçəng - seçdiyiniz yolun nə dərəcədə dürüst olduğu bu gün bilinəcək. Hisslərinizə inanın.
Perspektivləriniz üçün xüsusi önəm daşıyan hadisələrdə və işlərdə mütləq işiirak edin. Əks təqdirdə həmin hadisələrə iradənizin əksinə olaraq cəlb ediləcəksiniz. Yeni qərarlarınızı açıqlamayın.
Amma yarımçıq işləri başa vurun. Tələblərinizi formalaşdranda gümanlarınızdan bəziləri təsdiqlənəcək.
İnsanlarla ünsiyyətə maksimal dərəcədə açıq olun. Qarşılıqlı maraqlarınız və birgə işiniz olan insanı dinləyin. Mübahisə və emosional açıqlamalar ola bilər, amma vəziyyətin aydınlaşması xeyirlidir.
Şəxsi münasibətlərdə yazışma pozitiv hisslər bəxş edə bilər.
Poçt qutularınızı təmizləyin.
Şir - əvvəlki günlərin məntiqi nəticəsi olan gərginlik davam edəcək. Münaqişə və mübahisələrin yaranması üçün kiçik qığılcım, ani təkan yetərlidir.
Alış-veriş, şopinq, əyləncə və səfəri təxirə salın. Fiziki işlə məşğul olmağa çalışın,
Günün ikinci yarısında zədə, travmatizm, yaxın ətrafdakı insanlardan biri ilə münaqişə riski var.
Cərrahiyyə əməliyyatı, dişlərin müalicəsi ilə bağlı prosedurlar arzuolunmazdır.
Axşam saatlarında nikbinlik yarana bilər.
Qız - ödənməyən borclar və yerinə yetirilməyərək yarımçıq qalmış işlərdən qurtulun. Səhər yeni işə başlamaq çətin olacaq. Bu səbəbdən önəmli işlərə bu gün başlamaq gərəkdir.
Yeni layihə və ideya üçün uğurlu gündür. Təmas və ünsiyyətin intensivliyini azaldın.
Tələsik davransanız və emosiyaların əsiri olsanız, intriqaya cəlb ediləcək, aldanacaq, məntiqsiz situasiyaya düşəcəksiniz.
İrəliyə doğru sürətlə hərəkət etmək əvəzinə mövqelərinizi və maraqlarınızı qoruyun. Məqsədə doğru tələsmədən gedin.
Axşam saatları bütün işləri bir kənara qoyaraq dincəlin.
Yekun qərar qəbul etməyə tələsməyin, danışıq və sövdələşməni davam etdirin.
Tərəzi - çətin, mürəkkəb, qarışıq, qəza riskinin böyük olduğu gündür. Ehtiyatlı və uzaqgörən olun, münaqişələrə qatılaraq tərəf tutmağa çalışmayın.
Gərginliyi hər vəchlə azaltmağa can atın. Münasibətlərin kəsilməsi, əlaqələrin darmadağın olması, tərəfdaşlğın qəflətən dayandırılması, ayrılıq ehtimalları var.
Havanın pozulması istisna deyil. Elektrik təchizat sistemində qəza, rabitədə nöqsan da mümkündür.
Problemlərə laqeyd qalmayın, fikrinizi bildirin, mühüm işi təxirə salmayın.
Bu gün ifrat tənqidçilik etməyin. Etiraflar vaxtı deyil, yoxsa neqativ reaksiyalar və hadisələr silsiləsi başlayacaq.
Günün ikinci yarısında yaşamınızı və hisslərinizi gərəksiz xatirələr, mənasız söhbətlər və faydasız insanlardan təmizləyin. İstənilən məhdudiyyətdə fayda var.
Yaxın ətrafınızdakı insanların istək və tələblərini dinləyin. Amma ehtiyatlı olun.
Əqrəb - münasibətlərdə və imicdə dəyişiklik zamanıdır. Yenidənqurma, irəliləyiş və rokirovkalardan çəkinməyin.
Ən çox nəyə can atdığınızı, nəyi əldə etmək istədiyinizi düşünün. İfrat və neqativ emosiyalara varmayın. Dözümsüzlük, hövsələsizlik, qısqanclıq yolverilməzdir. Rəqabət qızışır, bədxahlarınız aktivləşir. Verdiyiniz vədləri yerinə yetirin.
Alternativ variantları nəzərdəni keçirin, şərait və şərtlərin dəyişməsinə operativ reaksiya verin.
Yaxın günlərdə sizi gözləyən mühüm işlərə hazırlaşın.
Axşam saatlarında sizi xoş sürpriz gözləyir.
Oxatan - seçim, mövqelərin nümayişi günüdür. Seçimi tez və qətiyyətlə etmək gərəkdir. Yaxın ətrafınızdakı insanlar indi sizə baxırlar və onların bəzilərinin davranışı sizin qərarınızdan asılıdır. Emosiyaların öhdəsindən gəlin, dəqiq və səlis davranın.
Şəxsi münasibətlər müstəvisində uğurlu gündür. Sevdiyiniz insanla təmaslar inkişaf edə bilər. Lakin kiminsə maraqlarına zidd olan addım atmayın. İntriqa və ya birmənalı olmayan situasiyalara qatılmayın.
Axşam saatlarında ünsiyyətlərdə gərginləşmə mümkündür. Uğursuz nəticələr əldə oluna bilər.
Oğlaq - kollektiv fəaliyyət, qrup halında çalışmaq və ya dostlarla münasibətlərdəki problemlər əhvalınızla yanaşı, ümumilikdə fəaliyyətinizin effektivliyinə də təsir edə bilər.
Dəyərləndirmələrdə fərqli yanaşma tərzinə ehtiyac duyulur. Kəskin narazılıq, qıcıq düşünülməmiş etirafa səbəb ola bilər. Diplomatiyaya meylli olun, yüz ölçüb bir biçin. Hansısa hadisə bilavasitə maraqlarınıza təsir etməsə də, tələsik davranmayın.
Şəxsi münasibətlərdə sərinləşmə mümkündür. Ünsiyyət dairəsini kiçildin, çünki təmasların yenilənməsinə ehtiyacı var.
Günün ikinci yarısında süni təkanlardan yararlanmayın. Ətrafınızı diqqətlə müşahidə edin. Hansısa müstəvidə təxirəsalınmaz dəyişiklik gərəkdir.
Dolça - ümumi gərgin fon müşahidə olunsa da, uğurlu gündür. Çoxdan bəri tamamlamaq fikrində olduğunuz işi başa vura bilərsiniz. Ehtiyatlı olun, təşəbbüs və emosiyalar dalğasında yanlışlığa yol verməyin.
Qəza, travma, nasazlıqlar riski az deyil. Yığılan, sayları artan problemlər və hövsələsizlik şəxsi münasibətlərdə sərinləşməyə səbəb ola bilər.
Vaxtında dayana bilin. Vəziyyətin gərginləşdiyini hiss etsəniz, neytral işlərlə məşğul olun, tərəfdaş, həmsöhbət və ya iş yoldaşınızın sakitləşməsinə şərait yaradın. Diqqətiniz obyektdən obyektə yayına bilər.
Diqqətli davranın, təhlükəsizliyi qoruyun. Yollarda ehtiyatlı olun. Məişət texnikası ilə davrananda naşılıq etməyin.
Balıqlar - bu gün baş verənləri təmkinlə və soyuqqanlı şəkildə təhlil edin. Bədbin fikirlər sizi yanlış qərarlara sövq etməsin. Hadisələrin axarı sıxlaşır.
Bütün tələbləri yerinə yetirmək üçün vaxt çatmaya bilər. Şəxsi işlərinizlə də məşğul olmağa vaxt saxlayın. Uğurlu və sərfəli, habelə o qədər də yaxşı olmayan təkliflər ala bilərsiniz.
Münasibətlərin korlanmaması üçün cavab verməzdən əvvəl bir qədər düşünün.
Problemlərin orijinal həllini tapın, gözləntini azaldın, söhbəti başqa məcraya keçirin. Cavab vermək üçün vaxt qazanın, qəti qərar verin, yalnız bundan sonra danışın.
Milli.Az
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO