Mirşahinə etiraz: "Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı köçüb"

img

06-05-2021 [15:31]


Müğənni Nadir Qafarzadə jurnalist Mirşahin Ağayevin qapanma tələb etməsinə münasibət bildirib.

Bu barədə sosial şəbəkə hesabında yazan Qafarzadə “Real” TV-nin baş direktroru, əməkdar jurnalist Mirşahin Ağayevin fikirlərinə etiraz edib:

“Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq. Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb. Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var”.

İfaçının bu paylaşımı dəstəklənsə də, o, bir müddət sonra paylaşımını səhifəsindən silib.

Xatırladaq ki, Mirşahin Ağayevin Operativ Qərargahdan tam qapanma olmasını tələb etməsi birmənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət karantin rejiminin sərtləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib/Yenisabah.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA