FIFA futbolda yeni islahatlara hazırlaşır

img

05-05-2021 [20:30]


FIFA futbolda yeni islahatların aparılmasını vacib sayır.

Bu barədə qurumun prezidenti Canni İnfantino "L Equipe" nəşrinə müsahibəsində deyib.

Funksioner bildirib ki, klublara və oyunçulara konkret yardım göstərməyin vaxtı çatıb: "2000-ci illərdə Avropada çox sayda klubun maddi vəziyyətinin dözülməz hala gəldiyi aydın oldu. Borc və illik maliyyə çatışmazlığı onları orta müddətdə fəlakətə sürüklədi. Maliyyə feyr-pley qaydaları mükəmməl olmaya bilər, amma lazımlı idi və yaxşı nəticələr vermişdi. On il əvvəl Avropada maliyyə feyr-pleyi klub futbolunu xilas etdi".

İnfantinonun sözlərinə görə, FİFA transfer sistemini yenidən nəzərdən keçirir: "Maaşlar, transfer və agentlərə verilən komissiya haqlarına məhdudiyyətlərin tətbiq edilməsini ciddi şəkildə müzakirə edirik. Bu mövzularda tam şəffaflıq olmalıdır"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR