Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir keçiriləcək

img

05-05-2021 [13:09]


AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 6 may 2020-ci il tarixində saat 14:00-da II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir keçiriləcək.

Mia.az xəbər verir ki, tədbirdə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Yeronin İ.P., Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İ.X., tədqiqatçılar və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Bununla yanaşı tədbirə Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Davıdov S.Q. Zoom platforması ilə qoşulacaq.

Həmçinin tədbirdə Cavanşir Cəbrayılovun təsisçisi və direktoru olduğu Əhmədiyyə Cəbrayılovun Xatirə Muzeyindən eksponatlar, atasına aid əşyalar, şəkillər, orden və medallar, həm Muzeyin kolleksiyasından, həm də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti arxivindən götürülmüş tarixi əhəmiyyət kəsb edən sənədlər nümayiş olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR