“Kristal Abşeron” yenə məhkəməyə verildi

img

05-05-2021 [12:43]


Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkəti cərimələnib.

Məlumata görə, daha çox yaşayış binaları tikən “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsilə cərimələnib.

Şirkətə tərtib olunan protokol Abşeron rayon Məhkəməsinə göndərilib.

İş hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Həmin maddəyə əsasən hüquqi şəxslər 35 min manat cərimələnir.

Xatırladaq ki, 5 gün əvvəl də “Kristal Abşeron”un cərimələnərək, məhkəməyə verilməsi barədə məlumat paylaşmışdıq/Lent.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR