"Hər kəs üçün əlçatan informasiya..." - BMT-nin Baş katibi mətbuat azadlığı ilə bağlı müraciət yaydı

img

03-05-2021 [12:09]


BMT-nin Baş katibi Antonio Quterreş Dünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq ictimaiyyətə videomüraciət ünvanlayıb.

Mia.az xəbər verir ki, müraciətdə hər kəs üçün əlçatan informasiyanın insan həyatının xilasında və güclü, dayanıqlı cəmiyyətlərin qurulmasında olan önəmli rolu vurğulanıb:

"Pandemiya, fövqəladə iqlim dəyişikliyi və digər böhranlarda jurnalistlər və media işçiləri təhlükə ərz edən yanlış məlumatları vurğulayaraq sürətlə dəyişən və böyük informasiya axınını anlamağımıza kömək edirlər.

Bir çox ölkələrdə onlar, sadəcə, öz işlərini yerinə yetirdikləri üçün müxtəlif məhdudiyyətlər, senzura, təhqir, qısnama, həbs və hətta ölüm də daxil olmaqla, böyük risklərə məruz qalırlar. Bu vəziyyət getdikcə pisləşir.

Pandemiyanın iqtisadi təsiri bir çox media orqanlarına ağır zərbə vurmaqla yanaşı, onların mövcudluğunu da təhlükə altında qoyub. Büdcələr daraldıqca etibarlı məlumata əlçatanlıq da azalır. Nəticədə yaranan boşluğu şayiələr, yalanlar, ifratçı və ya separatçı fikirlər boşluğu doldurur”.

Baş katib bütün hökumətləri azad, müstəqil və fərqli medianı dəstəkləmək üçün əllərindən gələni əsirgəməməyə çağırıb. Bildirib ki, azad və müstəqil jurnalistika dezinformasiya ilə mübarizədə ən böyük müttəfiqdir.

Vurğulanıb ki, BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı dünyanın hər yerində media işçiləri üçün etibarlı mühit yaratmağı hədəfləyir. Çünki məlumat ictimai dəyərdir.

“Bu gün Azad, Müstəqil və Plüralist Afrika Mətbuatının İnkişafına dair “Windhoek” bəyannaməsinin 30-cu ildönümünü qeyd edirik. Son 30 ildə kütləvi informasiya vasitələrindəki dramatik dəyişikliklərə baxmayaraq, bəyannamənin təcili sürətdə mətbuat azadlığı və məlumatın sərbəst əldə edilməsi üzrə çağırışı hər zamankı kimi qüvvədədir.

Gəlin bu çağırışı rəhbər tutaraq, media azadlığını qorumaq üçün səylərimizi artıraq ki, informasiya hər kəs üçün həyati ictimai dəyər olaraq qalsın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR