Bakıda qadını fotoları ilə şantaj edən şəxs tutulub

img

03-05-2021 [11:59]


Bakıda qadını şantaj edən şəxs tutulub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR