Ramil Quliyevin həyat yoldaşı da Türkiyə millisini seçdi
30-04-2021 [18:55]
Rusiyalı atlet Yekaterina Poistoqova-Zavyalova-Quliyeva idman vətəndaşlığını dəyişib
"Sport-Express" nəşri xəbər verir ki, Ümumdünya Atletikası (World Athletics) 800 metr məsafəyə qaçış üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının Türkiyə millisində çıxış etməsinə icazə verib. 30 yaşlı idmançı bundan sonra həyat yoldaşı, əslən azərbaycanlı atlet Ramil Quliyevlə birlikdə "ay-ulduzlular"ın uğurları üçün yarışacaq.
Poistoqova 2015-ci ildə dopinq qalmaqalına görə idmandan kənarlaşdırılıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) əvvəlcə təcrübəli idmançı üçün ömürlük diskvalifikasiya tələb edib. Lakin rusiyalı vəkillər cəzanı iki ilə endirməyə nail olublar. Həmçinin onun olimpiya medalı da saxlanılıb. Buna baxmayaraq, Rusiya yığmasının heyətində nüfuzlu yarışlara qatılma şansı olmayan atlet özünü yenidən beynəlxalq arenada sınamaq və potensialını reallaşdırmaq üçün Türkiyə vətəndaşlığını qəbul edib.
2019-cu ildə Ramil Quliyevlə ailə həyatı quran idmançının 2020-ci ilin yanvarında qız övladı dünyaya gəlib. Bu evlilik neytral status qazanma şansı az olan Poistoqova üçün idman karyerasını davam etdirmək baxımından yeni imkanlar açıb. Onun sonradan Quliyeva soyadını götürməsi isə mümkün sanksiyalardan sığortalanmaq cəhdi kimi qəbul edilir. Rusiyadan fərqli, Türkiyə milli komandası sanksiyalara məruz qalmadığından, olimpiya mükafatçısının gələcəkdə vəsiqə qazanacağı beynəlxalq yarışlarda iştirak etməməsi üçün heç bir səbəb yoxdur.
Bununla belə, Türkiyə Atletika Federasiyasının dopinqə görə cəzalandırılmış idmançını yığmaya cəlb etməsi risk kimi qiymətləndirilib.
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Azərbaycan vətəndaşlığını Türkiyə vətəndaşlığına dəyişib/Report.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib