Millimizin keçmiş qapıçısı "Sabah" klubunu məhkəməyə verdi

img

30-04-2021 [14:23]


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq qapıçısı Oley Karnaux "Sabah" klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Bu barədə "Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir. Ukrayna əsilli qolkiper "Sabah"la 2019-cu ilin iyulunda 3 illik müqavilə bağlasa da, bir ildən sonra komandadan göndərilib. O, paytaxt təmsilçisinin heyətində heç vaxt meydana çıxmayıb.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov isə "Report"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Oleq Karnaux müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı FİFA-ya müraciət etmişdi. FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Futbolçu bundan sonra CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu. Qərar yaxın vaxtlarda açıqlanacaq".

Qeyd edək ki, Oleq Karnaux hazırda Ukraynada "Yarud" (Mariupol) komandasının formasını geyinir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA