Polisdən yeni əməliyyatlar: saxlanılanlar var

img

29-04-2021 [14:44]


Polis yeni əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş K.Ağayevin yaşadığı Astara şəhəri S.Vurğun küçəsindəki evə baxış zamanı oradan 1 kiloqram 385 qram heroin, 2 kiloqram 750 qram tiryək, 2 kiloqram 840 qram marixuana, 99 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Kral” markalı pnevmatik tüfəng  aşkar edilərək götürülüb.

Bundan başqa, Suraxanı polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı orada 1 kiloqram 200 qram heroin, 3 kiloqram 361 qramdan artıq marixuana və 160 qrama yaxın həşiş aşkar edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR